Cümə, 03 May

"Twitter"in reklam gəlirləri 50 % azalıb

image

Reklam gəlirlərinin təxminən 50 % azalması və İlon Maskın gözləntilərinə uyğun olmayan ağır borc yükü səbəbindən tviterin pul axını mənfi olaraq qalır.

Xəbər verilir ki, bu barədə "Reuters"in məlumatında deyilir.

Minlərlə işçini ixtisar etdikdən və bulud xidmətlərinə xərcləri azaltdıqdan sonra yeni sahib şirkətin qeyri-borc xərclərini 2023-cü ildə proqnozlaşdırılan 4,5 milyard dollardan 1,5 milyard dollara endirdiyini söyləyib.

Bununla belə, Maskın oktyabr ayında tviteri əldə etməsindən sonra aqressiv xərcləri azaltma tədbirləri müsbət pul axını yaratmaq üçün kifayət etməyib.

İlon Mask bildirib ki, reklam gəlirləri 50 % azaldığı üçün tviterin pul axını hələ də mənfidir.

Şirkətin yeni təyin olunmuş direktoru Linda Yakkarino investorlara bildirib ki, tvitter diqqətini video, yaradıcılar və ticarətlə tərəfdaşlığa, o cümlədən siyasətçilər və əyləncə sənayesi, ödəniş xidmətləri, xəbərlər və media nəşriyyatları ilə danışıqlara yönəltməyi planlaşdırır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15